APL-də IX turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Azadinform-un məlumatına görə, Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Zirə” üz-üzə gəlib.

Matçda hesabı qonaqlar açıb: Sadio Tounkara fərqlənib. Fasilə ərəfəsində Amil Yunanov meydan sahiblərinin bərabərlik qoluna imza atıb. Yekun nəticəni isə “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov müəyyənləşdirib – 2:1.

Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməyib. “Sumqayıt” 13 xalla 4-cü, cari mövsümdə ilk dəfə məğlub olan “Zirə” isə 18 xalla 2-ci sıradadır.

Turun açılış oyununda "Səbail" "İnter"i məğlub edib - 1:0. Bu gün isə “Neftçi” “Kəpəz”i eyni hesabla üstələyib. Tura oktyabrın 22-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, IX turu

"Sumqayıt” – "Zirə” - 2:1

Qollar: Amil Yunanov, 38. Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 4

Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Elçin Məmmədov

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt. "Kapital Bank Arena”

21.10.2017 20:36 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo