AZAL tenderin müddətini uzatdı

"Azərbaycan Hava Yolları" QSC ötən ay elan etdiyi tenderin müddətini uzadıb.

Azadinform dövrü mətbuata istinadən məlumat verir ki, cəmiyyətin "Epson" markalı qurğuların sərfiyyat materialları ilə təmin edilməsi və davamlı texniki servis xidmətlərinin alınması məqsədi ilə dərc edilmiş açıq tender elanında təkliflərin qəbulu vaxtı uzadılaraq, tender təklifi və bank təminatının təqdimatı 26 oktyabr saat 18:00-dək uzadılıb, zərflərin açılışı 27 oktyabr saat 11:00-a təyin edilib.

Zəruri sənədlər Bakı şəhəri, Binə qəsəbəsi, Heydər Əliyev aeroportu (əlaqələndirici şəxs Fuad Əliyev: (012) 497 26 00) ünvanına təqdim edilməlidir.

21.10.2017 20:27 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo