Misirdə silahlı toqquşma olub, 3 polis ölüb

Misirin paytaxtı Qahirənin yaxınlığında, Əl-Vahat rayonunda polislə terrorçular arasında silahlı toqquşma olub. 

Azadinform-un məlumatına görə, bu barədə "Vətən" portalı xəbər yayıb.

Qarşıdurma nəticəsində Misir polisinin 3 əməkdaşı ölüb, bir neçəsi yaralanıb.

Məlumata görə, polis əməkdaşları rayonda gizlənən terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparırlarmış. 

20.10.2017 21:09 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo