Bitkoinin qiyməti 6 000 dolları keçdi

Qlobal bazarda bitkoinin qiyməti 6 000 dollar səviyyəsini ötüb.

Azadinform xəbər verir ki, hazırda bitkoin dünənə nisbətən 320 dollar və ya 5,6% bahalaşaraq 6 015 dollara satılır.

Bir müddət əvvəl Çin, Rusiya və Avropa İttifaqı (Aİ) bitkoinin ilkin emissiyasına (IPO) qadağa qoyacağını bildirdikdən sonra bitkoinin qiyməti 2 həftə ərzində 40% azalma ilə 5 000 dollardan 3 000 dollara qədər geriləyib. Daha sonra isə Beynəlxalq Valyuta Fondu (IMF) kimi önəmli maliyyə təşkilatının bitkoinin legitimliyini tanımasını açıqlamasından sonra tələbin canlanması ilə yenidən yüksəlmə başlayıb.

Xatırladaq ki, beləliklə ilin əvvəlinmdən bitkoinin qiyməti 6 dəfə bahalaşıb. Bahalaşmanın davam edəcəyi gözlənilir. 

20.10.2017 19:45 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo