Azercell-dən Hədsiz İnternet və ilkin ödənişsiz iPhone8

Samir Soltanov/AZADİNFORM. iPhone 8 və iPhone 8 Plus cihazlarıının Azərbaycanda rəsmi təqdimatçısı olan Azercell Telekom müştərilərinə yeni cəlbedici kampaniya ilə yeni iPhone 8 smartfonunu təqdim etməkdən məmnunluq duyur. 

Şirkətdən Azadinform-a verilən məlumata görə, ayda cəmi 109 AZN ödəməklə abunəçilər ən müasir smartfona sahib olacaq və 30GB həcmində “Hədsiz” İnternet paketini əldə edə biləcəklər. 20-26 oktyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün “Hədsiz” tarifindən pulsuz istifadə qazanacaqlar. 

Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər 20-26 oktyabr tarixləri ərzində Azercell-in rəsmi veb səhifəsindən (www.azercell.com) sifarişi qeyd etməli, 27 oktyabr – 3 noyabr tarixlərində isə Azercell-in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Onu da bildirək ki, telefonların sayı məhduddur.

 

Qeyd etmək lazımdır ki, iPhone 8 və iPhone 8 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi və orijinal dizaynı ilə seçilir. 

20.10.2017 19:00 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo