Azərbaycanda Latviya kapitallı 38 şirkət fəaliyyət göstərir

Eşqin Nuruşov/AZADİNFORM. İqtisadiyyat naziri Şahin Mustafayev Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovsu qəbul edib. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və Latviya arasında əlaqələrin inkişafına dövlət başçılarının xüsusi önəm verdiyini, bu ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyevin Latviyaya səfəri çərçivəsində ölkələrimiz arasında bir sıra sənədlərin imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, bu ilin ilk 8 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 29% artıb, Azərbaycanda Latviya kapitallı 38 şirkət fəaliyyət göstərir. Ölkəmizdə əlverişli biznes və investisiya mühitinin olduğunu vurğulayan nazir Latviya iş adamlarını Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye parklarına və aqroparklara, Ələtdə yaradılmış azad ticarət zonası tipli xüsusi iqtisadi zonaya investisiya yatırmağa dəvət edib. “Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir. Latviya Azərbaycanın tranzit imkanlarından istifadə edə bilər” – deyə nazir bildirib. Azərbaycan və Latviya arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayan Ş. Musatafayev ölkələrimizin sənaye, turizm, kənd təsərrüfatı sahələrində də əməkdaşlığı daha da inkişaf etdirə biləcəyini qeyd edib. Səfir Latviyanın Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

20.10.2017 17:48 / Baxılıb: 160 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo