İraq ordusu Kərkükü tamamilə azad etdi Fotolar

Samir Soltanov/AZADİNFORM. İraq ordusu ilə “Peşmərgə” silahlıları arasında atışma bu gün günorta saatlarında yenidən başlayıb. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kərkük ilə Ərbil arasındakı Türkmən qəsəbəsi Altunkörpüdə baş verən atışma “Peşmərgə” silahlılarının qaçması ilə yekunlaşdı. Qəsəbədə təhlükəsizliyin təmin edildiyini rəsmi olaraq açıqlayan Bağdad rəhbərliyi Kərkükün bütünlüklə geri alındığını bildirib. 

İraqın baş naziri Heydər əl İbadi ordu qüvvələrinə Ərbil sərhədini keçməmələri barədə əmr verib. “Peşmərgə” silahlıları İraq ordusunun Ərbilə irəliləyişini dayandırmaq üçün “Kiçikzap” çayı üzərindəki körpünü partladıb.

20.10.2017 17:40 / Baxılıb: 177 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo