Məşhurların sosial şəbəkələrini ələ keçirib təhdid edənlər saxlanılıb

Ləman Hüseynzadə / AZADİNFORM. Türkiyədə təxminən 50 məşhurun sosial şəbəkə hesabları ələ keçirilib.

Azadinform xəbər verir ki, sosial şəbəkələri ələ keçirərək məşhurları şantaj edən hakerlər qrupuna aid olan 46 şübhəlidən 14-ü saxlanılıb. 

Məlumata görə, onlar məşhurları təhdid edib əvəzində pul alırmışlar. Aktyor Tamer Karadağlı, Erdal Özyağcılar, Gamze Özçelik ve Berk Oktay kimi 50-ə yaxın məşhura eyni bu yolla şantaj ediblər. İstanbul Təhlükəsizlik İdarəsinin kibercinayətkarlıqla mübarizə şöbəsi bununla bağlı araşdırmaları davam etdirir. 

Türkiyə mətbuatına açıqlama verən aktyor Tamer Karadağlı kibercinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirib: “Bu qruplaşma tək məni deyil, onlarla insanı öz tilsimlərinə salıblar. Mənə bir mesaj gəldi ki, İnstagramdan mavi işarəli loqo almaq üçün səsli hesab olsun. Mən də şüursuz bir şəkildə (halbuki şüurlu olduğuma inanırdım) ona toxunduğumda hesabım silindi. Təhdidlər, şantajlar, montaj edərik və daha nələr dedilər. Nə istəyirsiniz edin, dedim. Daha sonra adınızdan mesajlaşıb mətbuata verərik, dedilər. Gedin verin, dedim. Səhəri günü Təhlükəsizlik orqanına müraciət etdim və şikayətçi oldum. Bu insanlar bir deyil, iki deyil, bir toplum yaradıb bu işlə məşğul olurlar. Bunu bütün insanlara tövsiyə edirəm ki, əgər başınıza bu cür hadisə gələrsə ilk növbədə kibercinayətkarlıqla mübarizə şöbəsinə məlumat verin. Çünki onlar bu sahədə çox yaxşı işləyirlər”.

20.10.2017 17:30 / Baxılıb: 247 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo