Ölkəyə qızıl-zinət əşyaların keçirilməsinin qarşısı alınıb

Eşqin Nuruşov/AZADİNFORM. Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkəyə qızıl-zinət əşyaları keçirmək istəyən şəxsi saxlayıblar. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan ərazisindən tranzit keçməklə Azərbaycana gələn Türkiyə vətəndaşının idarə etdiyi "İveco 440 S" markalı, 34 KL 4479 nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusuyla (HCVG6032 markalı) aparılan yoxlama zamanı nəqliyyat vasitəsində aşkar olunan 7 ədəd sellofan bükülülərdə hər birinin içərisində müxtəlif sayda və növdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 2 kiloqram 106 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

20.10.2017 17:10 / Baxılıb: 156 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo