Bir TV-yə Peyk yayımı, 10 şirkətə isə İP TV yayımı üçün lisenziya verilib MTRŞ

Samir Soltanov/AZADİNFORM. 20 oktyabr 2017-ci il tarixdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. 

MTRŞ-dan Azadinform-a verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.

 

İclasda “Muz  TV Azərbaycan” MMC-yə  peyk yayımı üçün, “AZTELEKOM”  MMC-yə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi MMC-yə, “CLİP TV”  MMC-yə, “MetroNet”  MMC-yə, “AzFiberNet” MMC-yə, “Rahat Telecom” MMC-yə, “FARAON – 1” MMC-yə, “Qafqaznet” MMC-yə, “Teleport” MMC-yə, “Netpoint” MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.

20.10.2017 17:00 / Baxılıb: 698 / Çap
 
    Bu bölmədə
    1.08.2018
    Dağ kimi ADAM
     Xəbər lenti
    17.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo