ABŞ terrorçularla əməkdaşlıq etməklə qalmır, eyni zamanda...

Samir Soltanov/AZADİNFORM. Türkiyənin Baş naziri Binəli Yıldırım Rakkada PKK lideri Öcalanın portretinin nümayiş olunmasına münasibət bildirib. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, B. Yıldırım məsələni daha çox ABŞ tərəfinin qiymətləndirməsinin vacibliyini vurğulayıb: “Bu günə qədər müttəfiqimiz olan ABŞ rəhbərliyinə bildirmişik ki, bir terror təşkilatı ilə başqa terror qruplaşmasını yox etmək üçün əməkdaşlıq etmək çox yanlış nəticə göstərəcək. Son görüntülər də bunu sübut etdi. ABŞ YPG və PYD-nin terror təşkilatı olduğunu anlamaq üçün daha nəyi görmək istəyir? Bu bizi maraqlandırır. PKK terror təşkilatı liderinin fotosunun orada nümayiş etdirilməsi, açıq danışsaq ABŞ-Türkiyə əlaqələrinə böyük zərəri verməkdədir. Bu səbəbdən ABŞ terrorçularla əməkdaşlıq etməklə qalmır, eyni zamanda Türkiyənin, Suriyanın gələcəyini də təhlükəyə atır. Bunu da bu vəsilə ilə xatırlatmaq istəyirəm”.

20.10.2017 16:50 / Baxılıb: 175 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo