Boy fərqləri təəccüb yaradan məşhur aşiqlər Fotolar

Ləman Hüseynzadə / AZADİNFORM. Bəzi məşhur cütlükləri yan-yana görənlər təəccüb hissi keçirirlər.

Azadinform xəbər verir ki, bu təəccübə səbəb cütlüklərin boyları arasında olan fərqlərdir. Amma buna baxmayaraq məşhurlar vəziyyətdən razı olduqlarını və boy fərqinin aralarındakı sevgi münasibətinə heç bir xələl gətirmədiyini qeyd edirlər. Bu qəbildən olan bəzi ulduzlar arasındakı boy fərqinə nəzər yetirək:

Türkiyənin ən xoşbəxt cütlüklərindən olan aktyor Yağmur Atacan ilə aktrisa Pınar Altuğ bu mövzuda hər kəsə ən maraqlı örnəkdir. Hər ikisi də əslində eyni boydadır. Həm Altuğ, həm də Atacan 1.73 sm-dir. Amma aktrisa hündür daban ayaqqabı geyindikdə boyu həyat yoldaşından olduqca uzun görünür. 

Sevilən aktrisa Bergüzar Korelin də boyu həyat yoldaşı Halit Ergenç ilə eyni, yəni 1.80 sm olsa da Altuğdan fərqli olaraq o alçaq daban ayaqqabılara üstünlük verir. Buna səbəb olaraq bildirir ki, hündür ayaqqabı geyindikdə Ergençden olduqca uzun görünür və o, bunu xoşlamır. 

Karla Bruni ilə Fransanın keçmiş prezidenti Nikolya Sarkozi arasındakı boy fərqi isə əfsanəvidir. Keçmiş model olan Bruni 1.75 sm, Sarkozi isə 1.64 sm boyundadır.

Məşhur müğənni Mustafa Sandal ilə xanımı Əminə Sandal da eyni boydadır. Amma həyat yoldaşı hündür daban ayaqqabı geydikdə aralarında bəy fərqi yarandığı gözdən qaçmır. 

Müğənni Deryck Whibley 1.63 sm olduğu halda həyat yoldaşı 1.75 sm boyundadır. Onları hündür daban ayaqqabıda görənlər isə xanımın müğənniyə “yuxarıdan aşağıya” baxdığını qeyd edirlər. 

Aralarındakı boy fərqinə heç varmayan, lakin hara getsələr bu fərq səbəbindən maraq cəlb edən cütlüklərdən biri də müğənni Jamie Cullum ilə xanımı Sophie Dahldır. Cullumun boyu 1.63, həyat yoldaşının boyu isə 1.80 sm-dir.

 

 

 

 

 

20.10.2017 16:40 / Baxılıb: 219 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo