BSU-da fakültələr arasında intellektual oyun keçirilib

Eşqin Nuruşov/AZADİNFORM. Bu gün Bakı Slavyan Universitetinin (BSU) YAP təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və BSU İntellektual Klubunun  təşkilatçılığı ilə fakültələr arasında intellektual oyun keçirilib.

BSU-dan Azadinform-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş oyun başlamazdan öncə universitetin rektoru, professor Nurlana Əliyeva çıxış edərək, gənc nəslin elmə, intellektual yarışlara marağının olmasını yüksək qiymətləndirib. N. Əliyeva qeyd edib ki, tələbələrin intellektual və yaradıcı inkişafının sürətləndirilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasında bu cür tədbirlərin mütəmadi olaraq təşkili vacibdir.

BSU İntellektual Klubunun filologiya və xarici dil müəllimliyi fakültəsi üzrə sədri Şəmsi Məmmədov oyunun qaydaları barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, oyun universitetin 5 fakültəsi və hər fakültənin müxtəlif komandaları arasında keçirilir. Bu komandalardan filologiya və xarici dil müəllimliyi fakültəsini “Pole Çudes” və “Skorpion”, Azərbaycan filologiyası və jurnalistika fakültəsini “Legion”, “Gənc kimsə” və “İrfan”, pedaqoji fakültəni “Venera”, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsini “DiFai” və “Coker”, tərcümə fakültəsini “Brain Massons” komandaları təmsil edirlər. 36 sualdan ibarət olan oyunun  üç tur təşkil etdiyini deyən Ş.Məmmədov sonda qaliblərin kubok, medal və diplomlarla təltif ediləcəyini bildirib.

Yarışın sonunda qaliblər müəyyənləşib. “DiFai” komandası birinci yer, “Coker” komandası ikinci yer, “Pole Çudes” komandası isə üçüncü yer qazanaraq oyunun qalibi olub. Qalib gələn tələbələrə diplom və medallar təqdim edilib.

20.10.2017 16:10 / Baxılıb: 157 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo