ÇL Həftənin ən yaxşısı seçildi

Samir Soltanov/AZADİNFORM. Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. 

Azadinform UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı oyunçu seçilib. 
O, səslərin 51 faizini toplayıb. Cenk Tosun (“Beşiktaş”) 2-ci, Kuinsi Promes  ("Spartak") 3-cü olub. 
Qeyd edək ki, misirli futbolçu Çempionlar Liqasının qrup mərhələsində “Maribor”la oyunda (7:0) iki qol vurub və bir məhsuldar ötürmə edib. 
Xatırladaq ki, Salah qrup mərhələsinin ilk turunda da həftənin ən yaxşısı olmuşdu.

20.10.2017 16:00 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo