Atletiko Qarabağ matçının biletləri satışda Bakıda

Samir Soltanov/AZADİNFORM. Azərbaycanlı azarkeşlər “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə keçirəcəyi səfər oyununu canlı izləyə bilərlər. 

Azadinform Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, matçı stadiondan izləmək istəyən azarkeşlər oyunun biletlərini “Qarabağ”ın bazasından ala bilərlər. 

Biletləri saat 10:00-dan 18:00-a qədər əldə etmək mümkündür. Ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti isə 30 avrodur. 
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.

20.10.2017 15:15 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo