Yeni imtahan modeli ilə bağlı çox sual var

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli ilə bağlı valideynlər və şagirdlərlə görüş Dövlət İmtahan Mərkəzinin bütün regional bölmələrdə keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, yeni imtahan modeli ilə bağlı insanların çoxlu sualı var.

Onun sözlərinə görə, bu il IX sinifdə oxuyan şagirdlər buraxılış imtahanlarını yeni model əsasında veriblər, onların müəyyən qədər təcrübəsi var: “Amma bununla yanaşı onların da müəyyən qədər sualları olur. 2 ildən sonra yeni növ buraxılış və qəbul imtahanlarında abituriyentləri, şagirdləri nə gözləyəcəyi ilə bağlı bütün suallara cavab vermək üçün  maarifləndirmə işi bütün regionlarda aparılacaq”. (apa)

20.10.2017 14:55 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo