Qarabağı erməni klubu kimi göstərən nəşr Azərbaycandan üzr istədi

Samir Soltanov/AZADİNFORM. İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo”ya məxsus http://urbanian.

mundodeportivo.com  internet səhifəsində “Atletiko”nun futbolçusu Yannik Karrasko haqqında dərc edilmiş 19.10.2017-ci il tarixli məqalədə “Qarabağ” Futbol Klubu səhvliklə erməni klubu kimi təqdim olunub. 

XİN-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin müdaxiləsi nəticəsində buraxılan kobud səhvə görə redaksiya heyəti tərəfindən üzrxahlıq edilib, sözügedən məlumat dəyişdirilərək “Qarabağ” Futbol Klubunun Azərbaycana məxsus olması həqiqəti öz əksini tapıb.

 

 

 

http://urbanian.mundodeportivo.com/es/deportes/8487/destrozan-a-yannick-carrasco-en-twitter-por-lo-que-hizo-cuando-fue-sustituido-contra-el-qarabag

20.10.2017 14:50 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo