Sumqayıtda avtomobil və mağazadan oğurluq edən şəxs saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Sumqayıtda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Sumqayıtın 19-cu məhəllə ərazisindəki kafelərdən birinin qarşısından məişət əşyasını oğurlamağa cəhd göstərən şəxs Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü Polis Bölməsinə təhvil verilib.

Aparılan araşdırmalarla onun şəhər sakini Elşən Mustafayev olduğu məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.

20.10.2017 14:44 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo