Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq

Eşqin Nuruşov/AZADİNFORM. Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin gələn il başa çatdırılması nəzərdə tutulur.

Azadinform xəbər verir ki, bu barədə Azərbaycanın 2018-ci il Dövlət büdcəsi layihəsində bildirilib. Sənəddə qeyd edilib ki, bu məqsədlə respublikanın qalan 26 şəhər və rayonunda, o cümlədən Şəki, Mingəçevir və Naftalan şəhərlərində, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Beyləqan, Bərdə, Oğuz, Zaqatala, Zəngilan, Qax, Qazax, Qəbələ, Tovuz, Goranboy, Kəlbəcər, Xocalı, Yevlax, Tərtər, Laçın, Füzuli, Xocavənd, Cəbrayıl, Göyçay rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi planlaşdırılıb.

Bununla bağlı növbəti ilin dövlət büdcəsi layihəsində 70,6 milyon manat vəsait proqnozlaşdırılıb.

20.10.2017 14:38 / Baxılıb: 161 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo