Bu ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Eşqin Nuruşov/AZADİNFORM. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bibiheybət yolunun (Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər olan hissə) yol-cizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

BNA-dan Azadinform-a verilən məlumata görə, rənglənmə işlərinin axşam 18:00-dək yekunlaşdırılması nəzərdə tutulur.

Sözügedən ərazidə sürücülərdən diqqətli olmaları və yol hərəkəti qaydalarına uyğun hərəkət etmələri xahiş olunur.

20.10.2017 14:30 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo