Azərbaycanda yeni medal təsis edilir

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilir.

Azadinform xəbər verir ki, Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik müzakirə edilib.

Qeyd edək ki, sözügedən qanun layihəsi haqqında Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O vurğulayıb  ki, dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunur.

Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər.

Qeyd edək ki, müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

20.10.2017 14:10 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo