Səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb

Samir Soltanov/AZADİNFORM. 2018-ci ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 740,7 milyon manat vəsait ayrılıb, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,5 faiz təşkil edəcək. 

Azadinform xəbər verir ki, bu barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib. 

Sənəddə bildirilib ki, səhiyyə üçün ayrılan vəsaitin 348,7 milyon manatı və ya 47,1 faizi xəstəxanaların, 109,7 milyon manatı və ya 14,8 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 270,7 milyon manatı və ya 36,5 faizi səhiyyə sahəsində aid edilən digər xidmətlər üzrə xərclərə, 11, 7 milyon manatı və ya 1,6 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclərə yönəldiləcək. 
2018-ci ilin dövlət büdcəsi layihəsində “Səhiyyə” bölməsi xərcləri üzrə Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzinin saxlanılması üçün 10,6 milyon manat vəsait nəzərdə tutulub.

20.10.2017 14:07 / Baxılıb: 144 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo