Millət vəkili: Ermənistanda daş üstə daş qalmayacaq

Leyla Məhərrəmova / AZADİNFORM. “Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş üstə daş qalmayacaq”.

Azadinform xəbər verir ki, bu fikri Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra Serj Sərkisyanın verdiyi  açıqlamaları növbəti sayıqlama adlandırıb.

“Serj Sərkisyan elə bir müddət öncə Naxçıvanda keçirilən hərbi parada baxıb bir dərs götürsün. Naxçıvanda keçirilən hərbi parad bir daha Azərbaycanın hərbi qüdrətinin göstəricisisidir”, - deyə, o vurğulayıb.

20.10.2017 13:51 / Baxılıb: 306 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo