Deputat: Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq?

Leyla Məhərrəmova / AZADİNFORM. Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxartmaq istəyirsə, onda Azərbaycan qabaqlayıcı addım ataraq özü bu qurumdan çıxmalıdır.

Azadinform xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Tahir Kərimli bu gün parlamentin plenar iclasında deyib. Deputat qeyd edib ki, Avropa bizim bayrağımızdakı nə göy, nə də yaşıl rəngi görmək istəmir: “Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq. Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik”.

Spiker Oqtay Əsədov isə buna münasibət bildirərək deyib ki, əgər biz Avropa Şurasına kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar: “Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır”.

20.10.2017 13:15 / Baxılıb: 272 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo