DGK 9 ayda büdcəyə ödədiyi vəsaiti açıqladı

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 mlrd. 951 mln. 635,51 min manat daxil olub. 

DGK-dan Azadinform-a verilən məlumata görə, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 297 mln. 726,1 min manat və ya 18% artıb. 

Bu ilin 9 ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 504 mln. 206,14 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 359 mln. 572,04 min manat, aksizlər üzrə 61 mln. 822,40 min manat, yol vergisi üzrə isə 26 mln. 034,93 manat təşkil edib.

20.10.2017 13:05 / Baxılıb: 147 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo