Ərdoğan: D-8 toplantısının yerində sayması qəbul edilə bilməz

Samir Soltanov/AZADİNFORM. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən D-8 İqtisadi və Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısında çıxış edib. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı çıxışında bildirib ki, ölkələrimiz arasındakı ticarətdə milli valyutadan istifadə edə bilsək D-8 tarixində yeni bir dövrə imza atmış olacağıq: Bu cür ticari əlaqələrin inkişafı üçün mərkəzi bankları bir araya gətirməyi təklif edirəm”.  

Ərdoğan qeyd edib ki, D-8 ölkələri olaraq bu cür toplantılarda daha çox bir araya gəlməliyik: “Görəcəyimiz işlərin səviyyəsini daha da artırmalıyıq, özəl sektorları görəcəyimiz işlərə cəlb etməliyik. Ölkə başçıları olaraq hər birimiz D-8 toplantısına sahib çıxmalı, daha vacib, məhsuldar, güclü olması üçün maksimum səy göstərməliyik”.
Türkiyə prezidentinin sözlərinə görə, hər şeyin dəyişdiyi bir dünyada D-8 toplantısının eyni qalması, hətta yerində sayması əsla qəbul edilməməlidir: “Təşkilatımıza yeni üzvlərin, yeni ortaqların cəlb edilməsini vacib məsələ sayıram. Daha çox olmaqdan qorxmamalıyıq”. 

20.10.2017 12:50 / Baxılıb: 159 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo