7 uşaq anasının heyran edici görünüşü Fotolar

Ləman Hüseynzadə / AZADİNFORM. 7 uşaq anası olan 43 yaşlı Jessica Enslow vücudu ilə hər kəsi heyran edir.

Azadinform xəbər verir ki, ABŞ-da yaşayan xanım 7 uşaq dünyaya gətirməsinə baxmayaraq öz görünüşü ilə İnstagramda tez bir zamanda ulduza çevrilib. Belə ki, ilk övladını 20 yaşında dünyaya gətirən gözəl xanım 7-ci övladından sonra 2013-cü ildə aldığı artıq kiloları atmaq qərarına gəlib. Bunun üçün İnstagramda fitness hərəkətlərini nümayiş etdirəcək bir hesab yaradıb və 6 ay içində 61 kilodan 52 kiloya düşməyi bacarıb. 

Xanımlara özləri üçün yemək miqdarı təyin etməyi məsləhət görən J.Enslow analara bildirib ki, hər dəfə kiloda azalma müşahidə etdikdə idman hərəkətlərini daha da artırsınlar. 

İlk qız övladı olan Alyssa ilə şəklini paylaşan Jessica onun anası kimi yox, bacısı kimi görünür. Buna baxmayaraq ana hələ də vücudunda qüsurlar olduğunu qeyd edir. 

 

 

 

 

 

20.10.2017 12:25 / Baxılıb: 283 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo