ABŞ-ın Next Level hip-hop qrupu Bakı Amerika Mərkəzində olub - FOTO

AZADİNFORM. Ölkəmizdə səfərdə olan, ABŞ-ın “Next Level” hip-hop qrupu ötən gün Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində konsert proqramı ilə çıxış edib.

Azadinform-un məlumatına görə, konsert proqramı ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilən “Next Level Azerbaijan” proqramı çərçivəsində təşkil olunub.

Tədbirdə səfirliyin mədəniyyət və təhsil işləri üzrə müşaviri Haydi Smit “Next Level” qrupu haqqında məlumat verərək bildirib ki, qrup ABŞ Dövlət Departamentinin, bu ölkənin Şimali Karolina Universitetinin və Meridian Beynəlxalq Mərkəzinin birgə təşəbbüsü ilə yaradılıb. Qrupun təsis olunmasının əsas məqsədi hip-hop musiqi janrı və rəqsindən mədəniyyətlərarası mübadilənin genişləndirilməsində istifadə etməkdir.

Diqqətə çatdırılıb ki, proqramın əsas məqsəd ölkələrimiz arasındakı mədəni əlaqələri genişləndirməkdir.

Mətbuat konfransında “Next Level” qrupunun sayt meneceri Jaci Caprice layihənin məqsədindən danışaraq proqramı mədəniyyətlərin birləşməsi istiqamətində atılan addım və əldə olunan nəticə kimi dəyərləndirib: “Hip-hop kifayət qədər tanınmış və sevilən musiqidir. Bizim musiqi hər kəs üçün nəzərdə tutulub. Qrupun ifası hər kəs üçün açıqdır. Biz muğamla hip-hopu sintez etmişik. Elə şərait yaratmışıq ki, burada qarşılıqlı hörmət var”.

“Next Level” qrupu istedadlı gənc ifaçılarımızla birgə hip-hop musiqi janrı ilə Azərbaycan muğamını sintez şəklində səsləndiriblər.

Qeyd edək ki, “Next Level” qrupu oktyabrın 27-də Rəşid Behbudov adına Mahnı Teatrında, oktyabrın 28-də isə Mingəçevir Dövlət Dram Teatrında ödənişsiz konsert proqramı ilə çıxış edəcək.

20.10.2017 12:00 / Baxılıb: 67 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo