Terrorçular Kərkükə hücum etdi 1 polis öldü, 4-ü yaralandı - Video

Samir Soltanov/AZADİNFORM. Şimali İraqda keçirilən referendumunun ardından Kərkükdə yenə silah səsləri eşidilib. 

Azadinform xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, Kərkük - Erbil yolunda İraq polisi ilə “Peşmərgə” üzvləri arasında atışma olub. Qarşıdurmanın reallaşdığı ərazidə (Türkmən qəsəbəsi, Altunköprü. Kərkükün 35 kilometr şimal-qərbi) “Peşmərgə”yə aid silahlı birləşmələrin əvvəlcədən hücuma hazırlaşdıqları bildirilib.  

Məlumata görə, şəhərdə gecə saatlarında silah səsləri yüksəlib. Türkmən, ərəb və kürdlərin birlikdə yaşadığı şəhərə gecə saatlarında silahlı hücum edilib. Terrorçular əsasən polis mərkəzini hədəfə alıb. Hücum nəticəsində bir polis şəhid olub, 4-ü isə yaralanıb. Yaralı polislər xəstəxanaya çatdırılıb. 
Bərzani hakimiyyətinə məxsus “Rudaw” telekanalı hücumu “könüllü” kürd döyüşçülər tərəfindən reallaşdırıldığını bildirib. Telekanalın yayımladığı məlumata görə, İraq təhlükəsizlik güclərinə aid 3 “Hummer” markalı avtomobilin yandırılıb. 
İraq polisi Kərkükdə təhlükəsizliyi təmin etmək üçün qüvvələrini artırıb.




20.10.2017 12:15 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo