Yüz minlərlə vergi ödəyicisini cərimələr gözləyir Son gün

AZADİNFORM. Bir neçə gündür Vergilər Nazirliyinin elektron hesabat sisteminə daxil olmaq mümkün deyil. Azadinform-a daxil olan məlumata görə, rüblük vergi hesabatların elektron versiyada təqdim edilməsi qeyri-müəyyən səbəblərdən baş tutmur. Vergi ödəyiciləri bildirirlər ki, son illər belə bir problemlə yalnız cari rübdə qarşılaşıblar.  

Vergilər Nazirliyinin “195 Çağrı Mərkəzi”dən Azadinform-a bildirilib ki, hazırda taxes.gow.az saytında həddən artıq yükləmələr var. 

Nazirlik vergi ödəyicilərinə hesabatları kağız daşıyıcılarda verilməsini tövsiyə edib. Bu hal da vergi ödəyiciləri üçün ciddi çətinliklər yaradıb. 

Qeyd edək ki, 20.10.2017-ci il rüblük hesabatların son tarixi olduğundan hesabat vaxtında verilməzsə, vergi ödəyicilərini 40 AZN vergi cərimələri gözləyir. Proses gün ərzində belə davam edərsə cərimə sanksiyası ölkədə 100 minlərlə vergi ödəyicisini əhatə edə bilər.

20.10.2017 11:51 / Baxılıb: 673 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo