Azərbaycanın nümayəndə heyəti Soçidə keçirilən festivalda iştirak edib

Eşqin Nuruşov/AZADİNFORM. Azərbaycanın nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr festivalında iştirak edib.

Azadinform xəbər verir ki, festivalın şüarı: "Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimizi inşa edirik" olub.   

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov qeyd edib ki,  erməni gənclər festival çərçivəsində keçirilən sərgidə Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan ərazisi olduğunu göstərən broşürlar nümayiş etdiriblər. Festival çərçivəsində təxribatı hiss edən Azərbaycan nümayəndə heyəti nümayişdən əvvəl xüsusi bəyanatla çıxış edib və forum iştirakçılarına məlumat veriblər.  Sədr onu da bildirib ki, ermənilərin təxribatının qarşısı alınması məqsədi ilə Azərbaycan nümayəndə heyəti razılıq əldə edərək 18 oktyabr Dövlət Müstəqillik gününün festivalda qeyd olunmasına nail olub. Həmçinin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edən materiallar paylanılıb, iştirakçılara bəyanat nüsxələri verilib, Azərbaycan mətbəxinin zənginliklərini əks etdirən –şəkərbura, paxlava kimi milli mətbəximizin nümunələri öz əksini tapıb. M. Seyidov bildirib ki, əlavə olaraq tərəfimizdən sosial şəbəkələrdə festival iştirakçıları xüsusi məlumatlandırma həştagları müəyyənləşdiriblər.

Festivalda Azərbaycan xüsusi stendlə iştirak edib. Forumda Azərbaycan stendinə, sərgi yerinə yaxınlaşan şəxslərə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, Azərbaycanın dövlət gənclər siyasəti haqqında məlumatlar çatdırılıbdır.

XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalının açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Sergey Lavrov, eyni zamanda Rusiya və xarici ölkələrin rəsmiləri iştirak edirlər.  

 Festivalda “İrəli” İctimai Birliyinin, həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndə heyəti iştirak edir.   

XIX Ümumdünya gənclər və tələbə festivalı Soçi şəhərində 14-22 oktyabr tarixlərində keçirilir və dünyanın 150 ölkəsindən, müxtəlif sahələrdən 20 mindən çox  gənc mütəxəssisi öz ətrafında toplayacaq. 

20.10.2017 11:22 / Baxılıb: 151 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo