ARDNF-dan büdcəyə 9,216 milyard manat transfert olunacaq

Samir Soltanov/AZADİNFORM. 2018-ci il dövlət büdcəsinə Dövlət Neft Fondundan (ARDNF) daxilolmaların (transfertin yuxarı həddi) həcmi açıqlanıb. 

Azadinform xəbər verir ki, növbəti il ARDNF-dən büdcəyə 9,216 mlrd. manatın transferti nəzərdə tutulub. 2017-ci ildə bu rəqəm 7,5 mlrd. manat və ya 1,716 mlrd. manat çox olub. 

2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat məbləğində kəsirlər icra olunacağı proqnozlaşdırılır.

20.10.2017 10:20 / Baxılıb: 149 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo