Ərdoğanın baş müşaviri istefa verdi

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş müşaviri Şaban Dişli vəzifəsindən istefa verib.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 avqustda Ərdoğanın partiyada özünə müşavir təyin etdiyi Ş.Dişli vəzifəsini uzun müddət icra edə bilməyib.

Məlumat üçün bildirək ki, Ş.Dişlinin qardaşı, Silahlı Qüvvələrin Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi olmuş general Mehmet Dişli 2016-cı ildə hərbi çevrilişə cəhd zamanı əsas simalardan biri olub. M.Dişli hazırda həbsdədir.

Buna baxmayaraq gözlənilmədən baş müşavir təyin edilən Ş.Dişli partiya daxilində və mətbuatda müzakirə mövzusuna çevrilmişdi.

Məhz buna görə narahatlığını dilə gətirən Ş.Dişli təyinatına görə həm prezidentin, həm də AKP-nin təzyiq altında qalmaması üçün vəzifədən ayrıldığını açıqlayıb.

19.10.2017 23:48 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo