İki uşaq anası olan aktrisa formada qalma sirrini açıqladı

Amerikalı aktrisa Bleyd Layvli qonaq olduğu verilişlərdən birində maraqlı açıqlamalar verib.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, 2 uşaq anası daim formada qalmağının sirrini sevənləri ilə bölüşüb.

O, soyuducuda dondurmaları saxladığı yerdə braziliyalı model Gizelin bikinili şəklini qoyduğunu bildirib. 

Bleydin sözlərinə görə, o, hər dəfə həmin fotoya baxdıqda şirniyyat yeməkdən imtina edir və bununla illərdir Layvli özünü formada saxlayır. 

Aktrisanın bu sözləri gülüşə səbəb olsa da, onun dediklərindən nəticə çıxaranlar da az olmayıb.

19.10.2017 23:36 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo