Kürdlərin prezident və parlament seçkiləri təxirə salındı

İraq Kürd Regional Rəhbərliyi (İKRR) Mərkəzi Seçki və Referendum Komissiyası bölgədə iki həftə sonra keçirilməsi nəzərdə tutulan seçkilərlə əlaqəli hazırlaqların təxirə salındığını açıqlayıb.

Azadinform TRT-yə istinadən xəbər verir ki, bəyanatda 1 noyabrda keçirilməsi nəzərdə tutulan prezident və millət vəkili seçkilərinin təxirə salınması bölgədə baş verən son hadisələrlə əlaqələndirilib.

Bundan başqa, vəzifələr üçün heç bir namizədin müraciət etməməsi də bu qərarı almağa vadar edib.

Xatırladaq k, İKRR sədri Məsud Bərzani seçkilərin noyabrın 1-də keçiriləcəyini elan etmişdi.

19.10.2017 23:25 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo