Türkiyədəki partlayışla bağlı 11 nəfər saxlanıldı

17 oktyabrda Türkiyənin Mersin şəhərində polislərin avtobusuna edilən bombalı hücumla bağlı 11 nəfər şübhəli qismində saxlanılıb.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı yaralanan 12 polisdən 6-sı evə buraxılıb.

Hazırda 6 polisin müalicəsi davam etdirilir.

Teraktla bağlı istintaq aparılır. Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.

19.10.2017 23:11 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo