Keçmiş baş nazirə qarşı yeni ittiham irəli sürülüb

Pakistan məhkəməsi keçmiş baş nazir Nəvaz Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürüb.

Azadinform TASS-a istinadən xəbər verir ki, onların heç biri özlərini təqsirli bilməyib.

Qeyd edək ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013--2017-ci illərdə) Pakistanın baş naziri olub. Bu ilin iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib. 

19.10.2017 21:35 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo