Azərbaycan İpoteka Fondu tender keçirir

“Azərbaycan İpoteka Fondu” ASC (AİF) informasiya texnologiyalarına dair avadanlıqların satın alınması ilə bağlı açıq tender elan edib.

Azadinform Fonda istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 8-nə qədər, tender təklif və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 22-nə qədər AİF-in Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanındakı ofisinə təqdim etməlidirlər (tel.: (012) 441-24-23, daxili 133).

Təkliflərə noyabrın 23-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Tenderdə müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-i qədər güzəştli düzəliş tətbiq ediləcək. İşin icra müddəti satınalma müqaviləsi imzalandıqdan sonra 20 gündür. 

19.10.2017 21:23 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo