Barzaninin müavini barəsində cinayət işi açılıb

İraq Ali Məhkəməsi ölkənin şimalındakı Kürd Muxtar Əyalətinin başçısı Məsud Barzaninin müavini Kosret Resulun həbsinə dair qərar qəbul edib.

Azadinform “Ajanshaber”ə istinadən xəbər verir ki, bunu məhkəmənin sözçüsü Abdusettar Bayaraktar bildirib. 

Məlumata görə, K.Resul İraqın mərkəzi hakimiyyətini və ona bağlı hərbi birlikləri "işğalçı güclər" adlandırıb. Bu açıqlamasına görə onun barəsində cinayət işi açılıb. 

Qeyd edək ki, Kosret Resul həm də muxtariyyətin “peşmərgə” adlı silahlı dəstələrinin başçısıdır.

19.10.2017 20:54 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo