"Avropa Kataloniyanın müstəqilliyini qəbul etməyəcək" - AP sədri

"Avropa ölkələri Kataloniyanın müstəqilliyini dəstəkləməyəcəklər".

Azadinform TASS-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) sədri Antonio Tayani deyib.

Onun sözlərinə görə, Kataloniya böhranı İspaniyanın daxili işidir.

"Avropa dialoqun tərəfdarıdır. Məsələnin həllini İspaniya qanunları və Konstitusiyası çərçivəsində axtarmaq lazımdır", - AP sədri bildirib.

Qeyd edək ki, muxtariyyətin başçısı Karles Puçdemon bü gün İspaniyanın baş naziri Mariano Raxoya məktub yollayaraq Madridi dialoqa razı olmayacaqları təqdirdə, region parlamentində müstəqillik elan edilməsi barədə səsvermə keçirəcəkləri ilə hədələyib. Bunun cavabında İspaniya hökuməti Konstitusiyanın Kataloniyanın özünüidarəetməsini məhdudlaşdırmağa imkan verən 155-ci maddəsinin tətbiq edilməsinə dair proseduraya start verib.

19.10.2017 20:26 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo