ABŞ-da işsizlik müavinəti üçün müraciətlər 44 illik minimuma düşüb

ABŞ-da "Harvey" və "İrma" qasırğalarından sonra insanların yenidən iş yerlərinə qayıtması işsizlik müavinəti üçün müraciət edənlərin sayının son 44 ilin minimal səviyyəsi - 222 minə kimi geriləməsinə səbəb olub. 

Azadinform ABŞ Əmək Nazirliyinə istinadən xəbər verir ki, 8-14 oktyabr həftəsində işsizlik müavinəti üçün müraciətlər həftəlik müqayisədə 22 min nəfər azalıb. Analitiklər müraciətlərin 240 min olacağını proqnozlaşdırırdılar.

Göstəricinin açıqlanması dolların məzənnəsinə bir qədər müsbət təsir göstərib. Lakin maliyyə bazarı dolların möhkəmlənməsi üçün inflyasiyaya daha çox önəm verdiyindən məzənnədə ciddi dəyişiklik olmayıb. İnflyasiya isə hələ də 2% hədəfindən aşağıdır. Analitiklər azalan işsizliyin inflyasiyaya müsbət təsir edəcəyini proqnozlaşdırırlar.

19.10.2017 19:58 / Baxılıb: 111 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo