Aşıqlar Birliyinin nümayəndələri Türkiyəyə gedəcək

Azərbaycan Aşıqlar Birliyi "Qorqud Ata Aşıqlar Karvanı" beynəlxalq aşıq festivalının bağlanış mərasimində iştirak etmək üçün Türkiyəyə gedəcək.

Bunu Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı deyib.

O qeyd edib ki, tədbir noyabrın 24-də baş tutacaq: "Azərbaycan da bu tədbirin təşkilatçılarından biridir. Kiprdə açılışı keçirilən festival Özbəkistan, Qazaxıstan və Azərbaycanda davam edib. Bağlanış mərasimi noyabrın 24-də Türkiyədə olacaq. Ona görə də bağlanış tədbirinə ciddi hazırlaşırıq. Festivalın gələn ilin payızında yenidən təşkil olunması planlaşdırılır. Növbəti dəfə festivala 10-a yaxın türkdilli ölkənin cəlb edilməsi planlaşdırılır". (report)

19.10.2017 19:45 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo