Neft Daşlarında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2649 nömrəli quyu qazmadan sonra istismara verilib.

Azadinform Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən qazlif üsulu ilə məhsul verən quyu hazırda 1543-1540 metr intervaldan gündəlik 10 ton neft hasilatı ilə istismar olunur.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

19.10.2017 19:17 / Baxılıb: 44 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo