Vergi orqanlarında işləmək istəyənlər imthn verəcək

Samir Soltanov/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2017-ci il oktyabrın 21-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında» Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. 

DİM-dən Azadinform-a verilən məlumata görə, namizədlər 20 oktyabr saat 18:00-dək “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. 
İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 3 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 986 namizəd qeydiyyatdan keçib. 
İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 10 sual informatika üzrə, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır. 
Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq alt bölməsində yerləşdirilib. 
İmtahan 3 st dvm dəcək. Hər sul 1 bll qiymətləndirilir. İmthn nəticəsində ümumi blı 70 və dh rtıq ln nmizədlər növbəti mərhələyə burılacaqlar.

19.10.2017 18:55 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo