XİN: Nalbadyanın bu cəfəngiyatı təkrarlamaması onun özü üçün yaxşı olardı

“BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822(1993), 853(1993), 854(1993) və 884(1993) saylı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı”. 

Bunu Trend-ə açıqlamasında Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın 4-cü Avropa erməniləri konfransında səsləndirdiyi fikirləri ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

O qeyd edib ki, sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib: "Həmçinin qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunub. Ermənistan xarici işlər nazirinin isə bu cəfəngiyatı təkrarlamaması və heç olmasa peşəkar şəkildə davranmağa cəhd göstərməsi onun özü üçün yaxşı olardı. Təəssüf edirik ki, Ermənistan tərəfindən yürüdülən bu məqsədyönlü və qərəzli savadsızlıq danışıqlar üçün mənfi təcrübə yaratmaqla bərabər, Ermənistan vətəndaşlarını, həmçinin erməni diasporunu çaşqın vəziyyətə salır".

19.10.2017 18:38 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo