Prezident İlham Əliyev Türkiyəyə səfər edib - Fotolar

Samir Soltanov/AZADİNFORM. Oktyabrın 19-da Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gəlib. 

Azadinform xəbər verir ki, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. 
Dövlət başçısı fəxri qarovul dəstəsini salamladı. 
Azərbaycan Prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşıladılar.

19.10.2017 18:20 / Baxılıb: 239 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.11.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo