Qadın keçmiş qaynatasını öldürüb

Ləman Hüseynzadə / AZADİNFORM. Övladını görə bilməyən ana keçmiş qayınatasını öldürüb. 

Azadinform xəbər verir ki, Türkiyədə baş verən hadisəyə səbəb qaynatanın uşağı anasından gizlətməsi olub. Belə ki, uşağın anası Məlikə Koç iki il əvvəl maddi səbəbdən həyat yoldaşı Yusif Yalçından boşanıb. Məhkəmə cütlüyün tək övladının vəlayətini yay fəsli istisna olmaqla atasında qalmağına dair qərar qəbul edib. Yayda isə uşaq anasının himayəsində qalmalıdır. Amma qadın iddia edir ki, keçmiş qayınatası Kənan Yalçın yay boyunca uşağı anasına verməyib: “Gecə qayınatamın evinə getdim və mənə dedi ki, Yusif evdə yoxdur. Ona görə də uşağımı babasından istədim ki, görüm. Amma o vermədi. Mən də çantamdan bıçağı çıxarıb onu 4 yerdən bıçaqladım”.  

Bunun ardından K.Yalçın xəstəxanaya yerləşdirilib, lakin həyatını qurtarmaq mümkün olmayıb. M.Koç isə polis tərəfindən nəzarətə alınıb. O, izahatında qeyd edib ki, uşağın yayda onda qalacağı halda babası gizlətməyə çalışıb: “Övladımı görə bilmədiyim üçün psixologiyam pozulub və müalicə alıram. Mübahisə zamanı hirsləndim və cinayət törətdim”. 
M.Koçun sorğudan sonra sağlamlığı yoxlanılıb və məhkəməyə sövq edilib.

19.10.2017 18:06 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo