Dəniz Baykalın vəziyyəti kritik olaraq qalır

Samir Soltanov/AZADİNFORM. Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, millət vəkili Dəniz Baykalın səhhəti ilə bağlı xəstəxanadan açıqlama verilib. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Universitetinin rektoru Erkan İbiş Baykalın müalicə aldığı İbn Sina xəstəxanasında jurnalistlərə bildirib ki, Baykal 3 gündür müayinə altındadır: “Vəziyyəti kritik olaraq qalır. Qoyulan diaqnozla bağlı pisə doğru irəliləyişlər yoxdur. Həkimlər vaxtında cərrahı və tibbi müdaxilələr edib. Vəziyyəti kritik olsa da, pisə gedişat yoxdur. Dəniz bəy həkimlərin xüsusi nəzarəti altındadır. Xəstəliyi ilə bağlı D. Baykal yatızdırılır. Beyinin özünü qoruya bilməsi üçün xəstənin yatmağı çox əhəmiyyətlidir”. 

19.10.2017 17:56 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo