Dünyanın qalan hissəsinin taleyi Türkiyədən asılıdır

Ləman Hüseynzadə / AZADİNFORM. “Bu gün Orta Şərqdə yaşanan problemlərin sadəcə Türkiyə üçün deyil, dünyanın qlobal sabitliyi və sülh üçün vacibdir”.

Azadinform xəbər verir ki, bunu İspaniyanın sabiq Baş naziri Xose Luis Rodrigez Zapatero bildirib. O qeyd edib ki, dünyanın qalan hissəsinin taleyi Türkiyədən asılıdır: “Yəni Avropa ilə olan əlaqələrdən, Orta Şərqdəki sülh və sabitlikdən bəhs edirəm. Bütün dünya əslində Türkiyənin gələcəyi ilə əlaqəlidir. Türkiyənin gələcəyi əslində Qərb dünyası ilə Şərq dünyası arasındakı əlaqənin gələcəyidir. Öz nazirlik dövrümdə və ondan sonra da hər zaman belə düşünmüşəm. Ona görə də həmişə deyirəm ki, dünyanın qalan hissəsinin taleyi Türkiyədən asılıdır”.

19.10.2017 17:20 / Baxılıb: 175 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo