Şahin Mustafayev Ağdaşda sakinlərlə görüşəcək

Eşqin Nuruşov/AZADİNFORM. Oktyabrın 21-də iqtisadiyyat naziri Şahin Mustafayev Ağdaşda sözü gedən rayon da daxil olmaqla Göyçay və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən YAP-ın Ağdaş rayon təşkilatının binasında (ünvan: Ağdaş şəhəri, Heydər Əliyev meydanı, 2) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: elbrus.huseynov@economy.gov.az ) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

19.10.2017 17:25 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo